Ermənistan hakimiyyəti Sevan gölü problemindən istifadə edərək xaricdən pul almaq istəyir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan hakimiyyəti Sevan gölü problemindən istifadə edərək xaricdən pul almaq istəyir

13:21 - 17 / 07 / 2019
Ermənistan hakimiyyəti Sevan gölü problemindən istifadə edərək xaricdən pul almaq istəyir

Ermənistan hakimiyyəti Sevan gölü problemindən istifadə edərək xaricdən pul almaq istəyir.

1news.az xəbər verir ki, bu barədə "Jamanak” nəşri yazıb.

"Sevan gölünün problemini hakimiyyət tərəfindən yol verilmiş nöqsanlar- tullantıların nəzarətsiz axını, gölün sahillərinin təmizlənməməsi, balıq və xərçənglərin kütləvi ovlanması, süni şəkildə yetişdirilən balıqlara görə suda fosfor və azotun səviyyəsinin artması deyil, qlobal ekoloji fəlakətin birbaşa nəticəsi, iqlim dəyişikliyi kimi təqdim etməyə cəhd göstərilir.

Nyu-Yorkda baş nazirin müavini Tiqran Avinyan tərəfindən "Sevanı itirə bilərik” açıqlaması məhz bu məqsədə iqtiqamətlənib. Yəni, başqa sözlə, xilas etmək üçün pul verin”, deyə nəşr yazıb.

P.S.

 

Paylaş:
2254

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər