Avinyan: Yeni AES-in tikintisi üçün Rusiya ilə danışıqlar aparır | 1news.az | Xəbərlər
Ermənistan

Avinyan: Yeni AES-in tikintisi üçün Rusiya ilə danışıqlar aparır

09:50 - 17 / 07 / 2019
Avinyan: Yeni AES-in tikintisi üçün Rusiya ilə danışıqlar aparır

Ermənistan hökuməti Rusiya tərəfinin bu ölkədə yeni AES-in tikintisində iştirakı ilə bağlı danışıqlar aparır.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan deyib.

O bildirib ki, Ermənistanın enerji sistemi üç sütun üzərində qurulub -  nüvə enerjisi, istilik enerjisi və hidroenerji. Avinyanın sözlərinə görə, bütün üç mənbə demək olar ki, enerji istehsalını bərabər şəkildə paylayır:

“Bu kontekstdə, Ermənistan nüvə enerjisindən imtina etməyə hazırlaşmır. Biz hazırda “Metsamor” AES-in bağlanmasından sonra yeni bir nüvə elektrik stansiyası inşa etmək imkanını nəzərdən keçiririk. Ermənistan  tərəfi artıq rusiyalı tərəfdaşlarla bu məsələni müzakirə edir”.

Qeyd edək ki, “Metsamor” AES-i 1980-ci ildə istismara verilib. İstismar müddətini çoxdan başa vurmuş bu stansiya region üçün ciddi təhlükə mənbəyinə çevirilib.

P.Sultanova

 

Paylaş:
876

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər