Paşinyan Qırğızıstan prezidenti ilə görüşüb
Qırğızıstana səfərə gələn Ermənistanın baş naziri Nikol Paşinyan Çolpon-Atada prezident Sooronbay Jeenbekovla görüşüb.
1news.az xəbər verir ki, Jeenbekov Qırğızıstanda hər kəsin Paşinyanı tanıdığını və onun siyasi fəaliyyətinə yaxşı bələd olduqlarını deyib.
İki ölkənin liderləri bu ilin oktyabr ayında İrəvanda Ali Avrasiya Şurasının iclası keçirməklə, siyasi dialoqun inkişafı, ticarətin artırılması məsələlərini müzakirə etdilər.
Paşinyanın sözlərinə görə, ikitərəfli münasibətlərin bütün potensialından istifadə üzərində işləmək lazımdır. Avrasiya İqtisadi Birliyində iştirak etmək üçün təklif olunan imkanlardan tam istifadə edilməlidir.
Paşinyan və Jeenbekov Qırğızıstandakı daxili siyasi vəziyyətə də toxunublar. Qeyd edək ki, dünən hüquq-mühafizə orqanları keçmiş prezident Almazbek Atambayevi saxlayıb.
Hazırda Qırğızıstanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının növbəti iclası keçirilir.
P.S.