Səudiyyə Ərəbistanı turist vizaları verməyə başlayır | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanı turist vizaları verməyə başlayır

10:47 - 04 / 09 / 2019
Səudiyyə Ərəbistanı turist vizaları verməyə başlayır

Səudiyyə Ərəbistanı 27 sentyabr tarixində xarici vətəndaşlara turist vizaları verməyə başlamağı planlaşdırır.

1news.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata əsasən, vizalar 51 dövlətin vətəndaşlarına 90 gün müddətinə veriləcək, icbari tibbi sığorta daxil olmaqla vizanın qiyməti 118 dollar olacaq.

Səudiyyə Ərəbistanı hakimiyyəti onlayn viza prosesinin cəmi bir neçə dəqiqə çəkəcəyini və xarici vətəndaşların bunun üçün səfirliklə əlaqə qurmasına ehtiyac qalmayacağını vəd edir.

1news.az 

 

 

 

 

Paylaş:
434

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər