Ultrasəs görüntüsü hər kəsi şok etdi - FOTO
İngiltərənin Svindon bölgəsində yaşayan Britani Klark və Cames Grauve cütlüyə həkimlər uşaq sahibi ola bilməyəcəklərini bildirib.
1news.az metbuat.az-a istinadən bildirir ki, həkimlər Britaninin yumurtalığında anadangəlmə problem olduğunu və heç vaxt hamilə qala bilməyəcəyini deyib. Amma bu diaqnozdan bir neçə ay sonra böyük bir surpriz olub. Özünü xəstə hiss edən Brian müayinə zamanı hamilə olduğunu öyrənib. Eşitdiklərinə inanmayan cütlük ultrasəs görüntüləri çəkdirib.
12 həftəlik körpənin ultrasəs görüntüsünü çəkən cütlük gördükləri qarşısında çox təəccüblənib. Görüntülərdə körpədən başqa bir fiqur da var idi.Qadının xalası görüntüdəki fiquru körpəyə əlini uzadan bir insana bənzədib. Gənc ana görüntüləri sosial mediada paylaşıb və "mənim körpəm və onun qoruyucu mələyi" sözlərini yazıb.
Sosial media istifadəçiləri paylaşıma böyük maraq göstərib. Bəziləri bunun tükürpərdici olduğunu, bəziləri isə şans işarəsi olduğunu bildirib.
1news.az