Tanınmış opera ifaçısı, Böyük Teatrın solisti, Azərbaycanın xalq artisti Elçin Əzizov TELLMANN SHOW-ya video-müsahibə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış opera ifaçısı, Böyük Teatrın solisti, Azərbaycanın xalq artisti Elçin Əzizov TELLMANN SHOW-ya video-müsahibə verib

14:19 - 10 / 10 / 2019
Tanınmış opera ifaçısı, Böyük Teatrın solisti, Azərbaycanın xalq artisti Elçin Əzizov TELLMANN SHOW-ya video-müsahibə verib

Müsahibəsində müğənni uşaqlıq arzusu, yaradıcılığı, Azərbaycan mətbəxinə və təbiətinə olan sevgisi barədə danışıb.

1news.az-ın verdiyi xəbərə görə, o həmçinin həyatının az bilinən məqamları, o cümlədən “Bakılı oğlanlar” ŞHK komandasında iştirak etdiyi dövr barədə də xatirələrini bölüşüb. Müxtəlif illərdə öz müəllimləri haqqında danışan Elçin Əzizov qeyd edib ki, özünü xoşbəxt insan hesab edir. Çünki hər yeni müəllim özündən əvvəlki müəllimə hörmət əlaməti olaraq böyük salam və minnətdarlıq göndərir.

Müsahibənin ən təsirli məqamı ifaçının Rusiya aviaşirkətinin Qalina Vişnevskayanın adını daşıyan təyyarəsinin Heydər Əliyev aeroportuna enməsi barədə xatirələri olub. “Bu, həm təsirli, həm də həyəcanlı an idi. Çünki Heydər Əliyev və Qalina Vişnevskaya mənim həyatımda böyük rol oynayıblar. Azərbaycanın ümummilli lideri Heydər Əliyev dünya siyasəti səviyyəsində fenomenal bacarığı sayəsində vətəndaş müharibəsinin qarşısını almağa, Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa, ölkəmizi regional proseslərdə əhəmiyyətli rol oyanayan güclü və asılı olmayan dövlətə çevirməyə nail oldu. Bu gün həmin missiyanı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yerinə yetirir, ölkəmiz üçün böyük işlər görür və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərirlər”, - deyə Elçin Əzizov söyləyib.

“Qalina Vişnevskaya həyatının böyük hissəsini gənc və istedadlı ifaçıların, musiqiçilərin axtarışına və təhsilinə həsr edib. Onların arasına düşmək mənə də nəsib olub. Onun diqqəti və dəstəyi, həmçinin ətrafına topladığı müəllimlər sayəsində mən bugünkü Elçin Əzizov olmağı bacarmışam”, - deyə o bildirib.

Müsahibədə Azərbaycanın turizm nöqteyi-nəzərindən cəlbedici regionlarına və milli mətbəxinə xüsusi yer ayrılıb. Elçin Əzizov əcnəbi turistlərə Azərbaycanın bəyəndiyi görməli yerlərini gəzməyi məsləhət görüb.

TELLMANN SHOW-nin müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir.

TELLMANN SHOW Gate 25-in iştirakı ilə Caspian European Club və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.

Müsahibənin tam versiyasını www.TELLMANN.show səhifəsindən izləyə bilərsiniz.

E-mail: [email protected]

1news.az

Paylaş:
1617

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər