Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb

17:17 - 18 / 10 / 2019
Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb

Arxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürlənmiş taxta sarkofaq aşkarlayıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.

Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdaba və digər qədim abidələri üzə çıxarıblar.

1news.az

Paylaş:
788

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər