2019-cu ildə dünyanın ən çox ziyarət edilən yerləri
2019-cu ildə dünyanın ən məşhur ziyarət edilən yerlərinin siyahısı açıqlanıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, siyahı sözü gedən məkanların ziyarəti üçün bronlaşdırılmış biletlərinə dair məlumatların analizi nəticəsində müəyyənləşdirilib.
Roma Kolizeyi artıq ikinci ildir ki siyahının lideridir. Qladiator arenasına ekskursiya turistlərin İtaliya paytaxtına ziyarəti zamanı proqramın vacib hissəsidir.
İkinci yerdə Luvr qərarlaşıb. Bu muzeydə Leonardo da Vinçinin "Mona Liza" və digər müxtəlif əsrlərə aid rəsm əsərləri və kolleksiyalar nümayiş etdirilir.
Vatikanın muzeyləri üçüncü yeri tutur. Burada turistlər sənət əsərlərini seyr etməkdən əlavə Roma Papasını həftəlik audiensiya zamanı görə bilərlər.
Dördüncü sırada Nyu-Yorkdakı Azadlıq Heykəli və nəhayət ilk beşliyin sonunda Parisdəki Eyfel qülləsi yer alıblar.
Onluğa həmçinin Barselonadakı Müqəddəs Ailə kilsəsi, ABŞ-ın Yeni Orlean ştatındakı Fransız Kvartalı, Amsterdamdakı Anna Frankın evi, Qərb yarımkürrəsinin ən hündür binasında yerləşən "Skydeck Chicago" görüntü meydançası və Venesiyanın San-Marko meydanı daxil olublar.
1news.az