Antarktikanın ən dərin nöqtəsi tapıldı
Yerin quru üzərindəki ən dərin nöqtə, Antarktikanın buzlağının altında müəyyən edildi.
Buzla dolu kanyonun dərinliyi su səviyyəsinin altında 3,5 km düşür.
1news.az deyerler.org-a istinadən xəbər verir ki, bu dərinliyə quru üzərində yaxınlaşa bilən başqa bir çuxur yoxdur. Yalnız okean altındakı bəzi nöqtələr bundan daha dərin ola bilər.
Bu çuxur, Ağ Qitənin zəminini araşdıran yeni bir xəritə çalışması əsnasında müəyyən edildi.
Bu günə qədər quru üzərində bilinən ən dərin nöqtə, Ölü dənizin sahili idi.
O nöqtə dənizin 413 metr altındadır. Antarktikadakı vadi isə bundan 8-qat daha dərindir.
Layihədə altı ildir iştirak edən dr. Matyö Morliqem bu barədə belə deyib: "Bu, Antarktikanın buz təbəqəsinin altında yatanları qətiliklə ən ətraflı şəkildə göstərən xəritə oldu".
Keçmişdə elm insanları təyyarələrə yerləşdirdikləri mikrodalğa radarlarla buzun altındakı qurunu ölçərkən müxtəlif maneələrlə qarşılaşa bilirdi.
Morliqemin üsulunda isə bu günə qədər olan bütün xəritələri birləşdirib, geri qalan boşluqlar da kilidlənin kütlə qorunma qanununu istifadə edərək hesablanaraq dolduruldu.
1news.az