Koronavirusa yoluxmuş nazir müavininin halının pisləşmə anı – VİDEO
İranın Səhiyyə nazirinin sözçüsünün koronavirusa yoluxması barədə məlumat vermişdik.
Milli.Az The Sun-a istinadla xəbər verir ki, Səhiyyə nazirinin sözçüsü Iraj Harirçinin test nəticələrinin müsbət çıxmazdan əvvəl çəkilən görüntüləri yayılıb.
Görüntülərdə İraj Harirçinin tərləməsi, özünü pis hiss etməsi əks olunub.
Koronavirusla bağlı konfransda çıxış edən nazirin yanında dayanan Iraj Harirçinin bir neçə dəfə tərini silməsi operatorların diqqətindən yayınmayıb.
Xəstəliklə bağlı analiz nəticələri müsbət çıxan İraj Harirçi karantinə alınıb.
Qeyd edək ki, İran rəsmilərinin dediyinə görə, ölkədə 95 nəfərdə koronavirus aşkarlanıb və 15 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
1news.az
528