Rusiyadan İdlib hücumundan sonra ilk AÇIQLAMA | 1news.az | Xəbərlər
Dünya

Rusiyadan İdlib hücumundan sonra ilk AÇIQLAMA

10:24 - 28 / 02 / 2020
Rusiyadan İdlib hücumundan sonra ilk AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib şəhərində xidmət edən türk əsgərlərinə hücumla bağlı açıqlama yayıb.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, açıqlamada bildirilib ki, Suriyalı müxaliflər atəşkəs elan olunan bölgədə böyük bir hücum planlayırdı.

“Türkiyə bu bölgədə türk əsgərlərinin olması mövzusunda bizi məlumatlandırmadı. Hava hücumunda rus təyyarəsi yer almayıb”.

Xatırladaq ki, İdlibdə Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub.

Qafar Ağayev

Paylaş:
1129

Son xəbərlər

Bütün xəbərlər