Prezident Oqtay Əsədovla belə sağollaşdı – FOTO

Xəbər verdiyimiz kimi, bu gün VI çağırış Azərbaycan Milli Məclisinə yeni sədr – Sahibə Qafarova və müavinlər Adil Əliyev, Əli Hüseynli, Fəzail İbrahimli seçilib.
1news.az-ın verdiyi xəbərə görə, altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak edib. Ölkə başçısı iclasdan sonra Milli Məclisin sabiq sədri, deputat Oqtay Əsədov və sabiq sədr müavini, deputat Ziyafət Əsgərovla görüşüb.
Ölkə başçısı sabiq sədr və müavinlərə göstərdikləri xidmətə görə təşəkkür edib.
Milli Məclisə yeni spiker seçildi
Sahibə Qafarova kimdir? – Milli Məclisin qadın spikerinin TƏRCÜMEYİ-HALI
İdman ustalığından vitse-spikerliyə gedən yol – Adil Əliyevin DOSYESİ
Parlamentin 1-ci Vitse-spikeri Əli Hüseynlinin DOSYESİ
S.Xankişiyeva