Çindən koronavirusla bağlı xoş xəbər: Sağalanların sayı 70 mini keçdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Çindən koronavirusla bağlı xoş xəbər: Sağalanların sayı 70 mini keçdi - FOTO

10:09 - 19 / 03 / 2020
Çindən koronavirusla bağlı xoş xəbər: Sağalanların sayı 70 mini keçdi - FOTO

Çinin Uhan şəhərində 12 dekabr 2019 tarixində ortaya çıxan koronavirus sürətli şəkildə ölkə daxilində, sonra isə dünyaya yayılmışdı.

1news.az  xarici KİV-lərə istinadən xəbər verir ki, koronavirus səbəbilə ən çox yoluxmanın və ölümün yaşandığı Çin, virusu nəzarət altına almağa başlayıb.

Belə ki, virusun mərkəzi sayılan Uhan şəhərində epidemiyanın başlamasından bu günə ilk dəfə iki gün ərzində cmi 1 yoluxma qeydə alınıb. Ümumilikdə ölkə daxilində 24 saatda cəmi 13 yeni yoluxma aşkarlanıb.

Çində virusdan ölüm halları 3249-a, virusa yoluxanların sayı isə 81138-ə nəfərə çıxarkən, bunladan 70,526 nəfərin sağaldığı bildirilib.  Bununla da hazırda Çində 7363 nəfər koronavirus epidemiyasına yoluxmuş adam qalıb.

Qafar Ağayev

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər