Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı | 1news.az | Xəbərlər
Dünya

Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

17:53 - 01 / 04 / 2020
Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

"Rospotrebnadzor"un ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət") alimləri koronavirusu dəqiq müəyyən edən test hazırlayıblar.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, test artıq sınaqdan keçirilib və Rusiyada istifadə olunmaq üçün qeydiyyata alınıb.

Yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər qohum viruslardan ayırmaq imkanı da yaradır.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər