Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi

12:35 - 03 / 06 / 2020
Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi

Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub. 

1news.az

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər