Nihat Şenyuva: “Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nihat Şenyuva: “Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var”

14:00 - 04 / 06 / 2020
Nihat Şenyuva: “Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var”

Son dövrlər Azərbaycan Beynəlxalq Bankı innovasiyalar sahəsində bir sıra maraqlı layihələr həyata keçirməkdədir. Bank ən yaxşı rəqəmsal təcrübə ilə tanınmağı özünün strateji hədəflərindən elan edib. Bu isə, təbii ki, digər zəruri addımlarla yanaşı, həm də informasiya texnologiyaları sahəsində əsl peşəkarları cəlb etməklə mümkündür.

Bankın informasiya texnologiyaları üzrə Baş direktoru Nihat Şenyuva ilə söhbət də elə bu mövzudadır...

-Nihat bəy, bildiyimiz qədər, Azərbaycan Beynəlxalq Bankında rəqəmsal transformasiya prosesləri başlanıb. Bu proses hazırda necə davam etdirilir?

-Rəqəmsal transformasiya layihələri bankın peşəkar komandası və bir çox fərqli  ölkələrdən dəvət edilmiş təcrübəli mütəxəssislərin iştirakı ilə fəal şəkildə icra olunmaqdadır. Bu sahə bank menecmenti üçün əsas prioritetlərdəndir. Proses gündəlik nəzarətdədir. Nəticələr mütəmadi təhlil edilir. Növbəti mərhələlər diqqətlə planlaşdırılır. Ümid edirəm ki, bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankı yaxın gələcəkdə ümumən regionun ən rəqəmsal və çevik bankı olacaq.

-COVİD-19-dan sonra gələcəyin bankçılığını necə görürsünüz?

-Dünyamız rəqəmsallaşma trendləri ilə çox qarışıq, qeyri-müəyyən bir dövrə daxil olub. COVİD-19 isə bu prosesi daha da sürətləndirdi. Yeni dönəmdə qurumları bir-birindən fərqləndirən əsas cəhətlər dəyişən vəziyyətlərə sürətli uyğunlaşma, adekvat davranış bacarıqları olacaq. Bu baxımdan, bank sektoru COVİD-19 dövründə özünü doğrulda bildi, böhran durumlarına ən hazırlıqlı sektorlardan biri kimi göründü.

Dəyişən reallıqlara Agile şəkildə adaptasiya oluna bilən, fərqli platforma və ekosistemləri inteqrasiya edərək qüsursuz rəqəmsal müştəri təcrübəsi formalaşdıran banklar fikrimcə, gələcəyə də yön verən biznes subyektləri olacaqlar. Rəqəmsal bankçılıq həlləri, məsafədən xidmət imkanları ilə banklar və müştərilər bundan sonra həm zaman, həm məkan baxımından daha müstəqilləşəcəklər. Biz də bütün bu reallıqları Azərbaycan Beynəlxalq Bankının yeni dönəmdəki fəaliyyətində nəzərə alırıq.

-Bazar, müştərilər innovativ dəyişikliklərə necə hazırlanmalıdırlar?

-Hər hansı innovativ məhsul və xidmətin müştəriyə faydasını sadəcə hiss etdirmək yetər. Müştərilər faydasını gördükləri məhsul və xidmətləri çox sürətli şəkildə həyatlarına daxil edib ondan istifadə etməyə meyllidirlər. Bunu COVİD-19 dövründə də müşahidə etdik. Bir çox sektorlar məhz müştərilərin təcrübəsinə əsaslanaraq bu prosesdə adaptasiya proseslərini sürətlə həyata keçirə bildilər. Onlayn videokonfransların təşkili, pərakəndə satış sahəsində evə çatdırma xidmətinin yayılması, elektron ticarət istiqamətindəki artımlar və s. buna nümunədir.

Cəmiyyətdəki müəyyən bir yaş qrupunun rəqəmsal məlumatlılıq səviyyəsi, təcrübəsi artıq yetərincə yüksəkdir. Bu da təbii ki, tələbləri yuksəldir. Fikrimcə, yeni dönəmdə Agile - çevik iş üslubu daha da güclənəcək. Əməkdaşların rəqəmsal iş təcrübəsi artdığı kimi müştərilər də rəqəmsal vərdişlərini inkişaf etdirəcəklər. Pandemiyadan sonra texnoloji yönümlü məhsulların sayı artacaq. Bir sözlə, artıq rəqəmsal çağa keçirik. Hər bir sektorda bu transformasiyanın baş verdiyini görəcəyik. Pərakəndə bankçılıqda, turizm və başqa sektorlarda Uber, Airbnb və s. bu kimi innovasiyalar meydana çıxa bilər.

-Belə bir innovativ inkişaf fonunda bu gün Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün hansı maraqlı yeniliklər baş verir?

-Bankda bu sahədə yeni təşkilati struktur formalaşdırılıb: Digital Lab, İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları departamentləri yaradılıb.

Development team üçün açıq məkan ofisi istifadəyə verilib. İşçilərin rahatlığı, produktiv işi üçün lazımi şərait yaradılıb. Software Development prosesləri yenidən dizayn edilib. Yeni metodologiyaların və texnologiyaların tətbiqinə başlanıb. Bu ilin əvvəlindən Agile metodologiyası tətbiq edilməkdədir. İl ərzində DevOps təcrübələrinə və alətlərinə start veriləcək. İnformasiya texnologiyaları infrastrukturunun əsaslı modernizasiyası üzrə silsilə layihələr, təşəbbüslər də nəzərdə tutulub.

Onu da qeyd edim ki, ötən ilin sentyabrında yaradılmış IBATech Akademiyasının məzunlarından bir qrupu artıq bankda işə götürülüb. Onlar Core development komandasına uğurla uyğunlaşıblar. Mentorluq proqramları indi də aktiv şəkildə davam etməkdədir.

-Bu bankda çalışmağın informasiya texnologiyaları mütəxəssisləri üçün əsas üstünlükləri nələrdir?

-İnformasiya texnologiyaları sahəsinə yenicə gələn mütəxəssislər üçün yeni texnologiyalarla işləmək, gənc kollektiv və professional liderlərlə çalışmaq böyük maraq kəsb edir. Əslində, belə dinamik mühitə düşməyin özü inkişaf üçün çox gözəl şansdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var. Müasir açıq məkan ofisi, rahat iş mühiti, istirahət zonası, şəffaf kommunikasiya, Onboarding mərhələsində və sonrakı dönəmlərdə tam dəstək, gənc və mehriban kollektiv, peşəkar rəhbərlər informasiya texnologiyaları mütəxəssisləri üçün Azərbaycan Beynəlxalq Bankında çalışmağın əsas üstünlükləri sayıla bilər.

-Bankın informasiya texnologiyaları komandası hansı meyarlar əsasında formalaşır?

-Azərbaycan Beynəlxalq Bankında İnformasiya texnologiyaları departamentinin təməli 1995-ci ildə qoyulub. Bu, 25 illik böyük bir təcrübə deməkdir. Komandamız yeniliklərə açıqdır. Yeni texnoloji trendləri izləyən və tətbiq edən fərdlərdən ibarətdir. Bankın İnformasiya texnologiyaları komandası, illərin təcrübəsini, normativ bilikləri, komanda ilə iş bacarıqlarını, mentorluq, liderlik, innovativlik, uzaqgörənlik kimi xüsusiyyətləri iş prosesinə birbaşa inteqrasiya edən menecment komandasının müəyyənləşdirdiyi əsas meyarlar üzrə formalaşır.

-Rəqəmsal layihələrə mütəxəssisləri necə cəlb edirsiniz?

-Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi layihələrə mütəxəssislərin marağı böyükdür. Daxil olan müraciətlər əsasında dəyərlərimizə, peşəkar tələblərimizə və planladığımız layihələrə ən uyğun namizədləri seçib, professional bacarıqlarını sınaqdan keçirib, komandamıza cəlb edirik.

-Bank bu sahədə daha çox hansı istiqamətlər üzrə mütəxəssislər axtarır?

-Proqramçılıq – bura Frontend və Backend aiddir, QA Engineering, QA testing, PL/SQL development, DWH engineering, Data Analysis, iOS developer, DevOps engineering, Scrum Masters, System/Network administration və s.

-Kadrların peşəkar inkişafı üçün tədbirlər həyata keçirilir?

-Bəli, Onboarding müddətində hər bir yeni işçiyə mentorlar təyin olunur. Onlar, birbaşa əməkdaşların işləri, problemləri və ehtiyacları ilə yaxından maraqlanırlar. Rüblük hesabatlar və qiymətləndirmə də prosesin tərkib hissəsidir. Bütün işçilərin - istər yeni işçilər olsun, istər əvvəlki - bilik və bacarıqlarında aşkarlanan boşluqlar əsasında təlim və kvalifikasiya ehtiyacları müəyyən olunur. Rəhbərlər tərəfindən İnsan resursları departamentinə bununla bağlı müraciətlər təqdim olunur. Bu proses mütəmadi şəkildə icra olunaraq nəzarətdə saxlanılır. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərimizin layihələrin təqdimatı, vaxtın idarə edilməsi, danışıqların aparılması, komanda işi və s. bu kimi sadə bacarıqlarının inkişafına, biznes biliklərinin artırılmasına da dəstək veririk.

Öz potensialını Azərbaycan Beynəlxalq Bankındakı bərabər imkanlar mühitində reallaşdırmaq istəyən hər bir informasiya texnologiyaları mütəxəssisi müxtəlif kommunikasiya kanallarımız, o cümlədən LinkedIn və digər sosial şəbəkələrdəki karyera səhifələrimiz vasitəsilə bizə müraciət edə bilərlər.

Onlarla şəxsi LinkedIn profilim üzərindən ünsiyyətdən də məmnun olardım.  

Reklam hüququnda

Paylaş:
733

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər