“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib

16:05 - 09 / 06 / 2020
“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib

“Nar” alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.

Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.

Alternativ enerji mənbəyi olaraq günəş enerjisindən istifadənin ətraf mühit üçün bir çox faydaları var. Panellərə texniki qulluq prosesinin zərərsiz olması, batareyaların uzunömürlülüyü və davamlılığı ətraf mühitin qorunmasına öz müsbət töhfəsini verir. Daha dayanıqlı “yaşıl” həllər üzərində çalışan “Nar”, bərpaolunan  enerji mənbələrindən istifadəni artırmaq üçün gələcək perspektivləri də dəyərləndirir. 

Hal-hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. “Nar” şəbəkəsi ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Daha ətraflı məlumat nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
957

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər