“Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan öz gələcəyini inamla qurur” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Cabbarov Allahşükür, Əliyev Rəsul, Qəribov Samir, Məmmədov Kamran, Babayev Qoşqar, Muradov Mürsəl, Əliyev Arif, Cəlilabad, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə qaytardıqdan sonra güzəranımız yaxşılaşmağa başladı. Min bir əziyyətlə olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi dolandırır, gələcəyə daha böyük ümidlə baxırdıq. İndi ölkəmizin imkanları genişləndiyindən və dövlət dəstəyi gücləndirildiyindən torpağa meyillilik də artıb. Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir.
Bu il pandemiyanın və karantin rejiminin olması biz kəndliləri narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik. Çox sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən keçən çoxsaylı yük maşınlarının buraxılmasını təmin etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici bazarlara çıxararaq, itkisiz və heç bir əngəl olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik.
Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi qorusun”.
Xalidə Məmmədovadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ən başlıcası, onu demək istəyirəm ki, mən Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirəm. Bir vətəndaşın normal yaşaması və cəmiyyətdə özünü ifadə etməsi üçün nə lazımdırsa, onu da edirsiniz. Xüsusilə qeyd etmək yerinə düşər ki, ölkəmizdə sabitliyi qoruyub saxlayırsınız. Bunun əhəmiyyəti çox böyükdür.
Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və digərlərinə kömək göstərdiniz, maddi və ərzaq yardımları etdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi.
Bütün bunlara görə Sizə böyük təşəkkür düşür, cənab Prezident. Allah Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət qismət eləsin”.
Səfərov Rafiq, Rəhimov Məhərrəm, Quliyeva Kəmalə, Səfərov Elşən, İbirahimova Nabat, Tərtər, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk.
Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir.
Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və iərinizdə uğurlar arzulayırıq”.
Əli Quliyevdən, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
"Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar". Bu qanadlı sözlərin sahibi, Möhtərəm Prezident, bütün dünyanı öz ağuşuna alan, ciddi itkilərə səbəb olan COVID-19 pandemiyasından xalqımızı qoruduğunuz, bizdən yardım əlinizi heç çəkmədiyiniz üçün Sizə xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Sizin kimi müdrik siyasi xadim rəhbərlik edir. Xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atmağınız çox təqdirəlayiqdir. Rəhbərliyinizlə ölkəmizdə (COVID-19) pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident! Allah Sizi qorusun”.
Nabat Yusifovadan, Ağcabədi, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm.Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan təlafatını gördükcə bu narahatçılıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi təlafatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi.
Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.
Araz Nəbiyevdən, Samux, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ölkəmizin bu cətin günlərində, pandemiyaya qarşı mübarizədə Sizin gecə-gündüz çalışaraq Vətənimiz üçün əlinizdən gələni əsirgəmirsiniz. Bu işlər bizim hamımızı ürəkdən sevindirir. Sizin və Mehriban xanımın rəhbərliyiniz sayəsində ölkəmiz bütün sınaqlardan üzüağ çıxacaqdır. Mən və iki oğlum Sizin hər bir əmrinizə hazırıq”.
Nərgiz Mehdiyevadan, Şirvan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bütün dünyanı bürüyən və hamını qorxu altında saxlayan koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyiniz altında aparılan mübarizə əlbəttə ki, bizi sevindirməyə bilməz. Məhz Sizin həyata keçirdiyiniz operativ tədbirlərin hesabınadır ki, ölkəmiz virusla mübarizəni arxada qoymaqdadır və bəzi yumşalma tədbirləri görülməkdədir. Əgər vaxtında Sizin tərəfinizdən lazımi tədbirlər görülməsəydi, biz də digər ölkələr kimi, pandemiyanın acı nəticələri ilə barışmalı olacaqdıq.
Biz şirvanlılar qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz var. Ölkəmizdə elə bir sahə yoxdur ki, Sizin və Mehriban xanımın diqqətindən kənarda qalsın. Bütün bunlar isə gərgin əmək tələb edir. Buna görə, cənab Prezident, ilk növbədə, Sizə və elimizin, obamızın, millətimizin dəyərli xanımı Mehriban xanıma cansağlığı, xalqımızın gələcəyi naminə həyata keçirdiyiniz gərgin, məsuliyyətli və şərəfli işlərinizdə sonsuz uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, xalqımız daim Sizi dəstəkləyir və Sizin arxanızdadır. Allah Sizi və ailənizi qorusun”.
Cəmilə Abbaszadədən, Goranboy, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram.
Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinlikərin öhdəsindən uğurla gələcəyik.
Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz gənclər Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik . Ulu Tanrı Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun”.
Aliyə İmamquliyevadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən koronavirus pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, həmçinin tibbi maskanın taxılmaması üçün cərimələrin tətbiqinə görə Sizə minnətdarlıq edirəm. Hər bir vətəndaş bilir ki, tətbiq edilən qadağalar bizim sağlamlığımızın qorunması üçündür.
Sizin tapşırıqlarınızı həyata keçirən polis, həkim və müəllimlərimizə də xüsusi təşəkkürlərimizi çatdırır, onlara “Çox sağ olun!" deyirik.
Mən və ailəm Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir, Sizə olan sevgimizi bildiririk. Var olun, cənab Prezident!”
Sadəddin Zülfüqarovdan, Qəbələ, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Sizin ölkəmizə rəhbərliyiniz dövründə çox müsbət dəyişikliklərin şahidi oluruq. Regionlara olan böyük diqqət və qayğınız sayəsində şəhər və rayonlar, kənd və qəsəbələr öz libasını dəyişmiş, füsünkar görkəm almışdır. Bu işlər sayəsində yerli əhalinin rifahı yaxşılaşmaqla yanaşı, ölkəmizə gələn turistlərin sayı da son illər ərzində artmışdır. Axı belə gözəllikləri kim görmək istəməz?!
Azərbaycanda apardığınız abadlıq-quruculuq işlərindən Qəbələ rayonunun Vəndam qəsəbəsinə də pay düşmüşdür. Belə ki, qəsəbəmizdə "Rüsyan" adlanan yaşayış sahəsində 200-dən artıq yaşayış evi vardır. Qış aylarında yolun palçıqlı, yay aylarında isə tozlu olması sakinləri narahat edirdi. Sizin göstərişiniz əsasında yola asfalt örtüyü çəkildi.
Əziz Prezidentimiz, bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin apardığınız daxili və xarici siyasəti bəyənirik. Biz həmişə Sizinləyik”.
Həzərxan Əbilovdan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan artıq 17 ildir ki, öz gələcəyini inamla qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində böyük uğurlar qazanır. Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi.
Cənab Prezident, COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin verdiyiniz səmərəli qərarlarınız sayəsində ölkəmiz bu virusdan ən az zərər görən dövlətlər sırasındadır. Uğurlu sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və rifahının qorunması yüksək səviyyədə həyata keçirilir. Aztəminatlı ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi istiqamətində atdığınız addımlar, bu ağır günlərdə təhsil sisteminin yeniləşməsi, xüsusilə məktəb tikintisinin davam etdirilməsi, müəllimlərin sosial qayğılarının diqqət mərkəzində saxlanılması xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Möhtərəm cənab Prezident, sadaladıqlarım amillər Sizin Azərbaycan vətəndaşlarına olan qayğı və sevginizin parlaq təzahürüdür. Bütün bunlara görə rayonumuzun müəllimləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Tanrı bütün işlərinizdə yardımçınız olsun. Biz Sizinlə güclüyük!”
Əlişanova Yelena, Mustafayeva Pərvin, Pirqulu Pərvanə, Əmirli Elşən, Əliyev Mətləb, Gəncə, Azərbaycan
“Hörmətli cənab Prezident.
Yaşadığımız Şahlar Hüseynov 13a ünvanındakı binada 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş vermişdi. Yararsız vəziyyətə düşən həmin tikilinin yerində Sizin göstərişinizlə yeni bina inşa edildi. Artıq işlər yekunlaşıb və yeni binada sakinlərin rahatlığı üçün bütün imkanlar yaradılıb.
Biz əvvəlkindən daha geniş və daha müasir təmirli mənzillərə köçürüldük. Bununla yanaşı, binamızda istilik sistemi quraşdırılıb və digər zəruri işlər görülüb.
Cənab Prezident, müasir tələblərə cavab verən binada mənzillə təmin olunduğumuza görə Sizə dərin təşəkkür edirik. Hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bir daha minnətdarlığımızı bildirərək, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
S.Xankişiyeva