“Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik” – Prezidentə yazırlar

16:00 - 24 / 06 / 2020
“Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Tural İsmayilovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlər Azərbaycan xalqını gözə görünməyən düşməndən - COVID-19 pandemiyası bəlasından qoruyur. Xalqımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun”.

Dilbər Hüseynovadan, Füzuli, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qarşı zamanında verdiyiniz uğurlu qərarlar sayəsində ölkəmiz bu virusla mübarizədə qətiyyətli addımlar atır. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bütün dünya, o cümlədən bizim ölkəmiz tez bir zamanda bu virusdan xilas olacaq, insanlar normal həyatlarına davam edəcəklər”.

Nəcəf İsgəndərovdan, Laçın, Azərbaycan

“Hörmətli cənab Prezident.

1992-ci il mayın 18-də doğma yurd-yuvamiz olan Laçın rayonundan məcburi köçkün düşərək 28 il Ağcəbədi rayonunun Taxtakörpü adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışıq. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəmdə böyüklərimin mənə danışdığı və sosial şəbəkələrdə gördüyüm görüntülər mənə işğal altında olan əzəli torpaqlarmızın bir cənnət olduğunu çox yaxşı anladıb. Bəlkə də, elə mənim və mənim kimi minlərlə gəncin ağır şəraitdə yaşamasına və ali təhsil almasına inam hissi Sizin kimi Ali Baş Komandanınızın olmasıdır. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə ailəmiz də evlə təmin olundu. Bizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli vətəndaş olmağa çalışıram. Tanrı Sizləri qorusun”.

Arif Babayevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün mən firavan bir ölkədə yaşayıram. Ölkəm gündən-günə gözəlləşir. Yaşadığım Suraxanı rayonunda da abadlıq-quruculuq işləri aparılır, hər yaşdan olan sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaradılır, gözəl parklar salınır, uşaqların əylənə bilməsi üçün maraqlı atraksionlar quraşdırılır.

Cənab Prezident, bunların hamısı məhz Sizin vətəndaşlara verdiyiniz dəyər sayəsində başa gəlir. Məlum olduğu kimi, bütün dünya COVID-19 pandemiyasından xilas olmaq üçün mübarizə aparır. İnanıram ki, Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində, ölkəmizdə də bu virusun qarşısı alınacaq və yenidən sağlam həyata davam edəcəyik. Allah Sizi qorusun”.

Məhəmməd Paşazadədən, Lənkəran, Azərbaycan

“Əziz Prezidentimiz.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Dağlıq Qarabağla bağlı tarixi faktlara əsaslanan çıxışınızı ailəmlə birlikdə dinlədik. Şəxsən mənə çox böyük qürur hissi verdi. Xüsusilə də erməni baş nazirin yersiz müdaxiləsinə verdiyiniz tutarlı cavab qəlbimi riqqətə gətirdi. Öz terrorçuları ilə məşhur olan ermənilərin azərbaycanlıları irqçiliqdə günahlandırmaq cəhdi gülüş doğurur. Bu qəbul edilməz bir böhtandır və növbəti erməni təxribatıdır. Çünki, bütün dünya Azərbaycanı tolerant və multikultural dəyərlərin bərqərar olduğu ölkə kimi tanıyır və bu təcrübəni başqalarına nümunə göstərir.

Mənim ulu babalarım Qərbi Azərbaycan torpaqlarında yaşayıblar. Məhz, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində onlar tarixi torpaqlarından, öz yurd-yuvalarından köçürülmüşlər. Güman edirəm ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.

Sizinlə fəxr edirik, cənab Prezident.

Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik. Təşəkkür edirik”.

Şəhla Qəmbərovadan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident cənab İlham Əliyev.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümüzü bildirirəm.

Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin. Biz birlikdə güclüyük!”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər