“Bu gün ÜST və bir sıra ölkələr virusla mübarizə sahəsində Azərbaycanın təcrübənizi dəstəkləyirlər” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Bu gün ÜST və bir sıra ölkələr virusla mübarizə sahəsində Azərbaycanın təcrübənizi dəstəkləyirlər” – Prezidentə məktub

17:25 - 10 / 07 / 2020
“Bu gün ÜST və bir sıra ölkələr virusla mübarizə sahəsində Azərbaycanın təcrübənizi dəstəkləyirlər” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Carulla Abdullayevdən, Ağsu, Azərbaycan

“Hörmətli cənab Prezident.

2019-cu ilin fevral ayında Ağsu rayonunda baş verən zəlzələ nəticəsində yaşadığım evin divarlarında çatlar əmələ gəlmişdi. Həmin vaxt Sizin bölgəyə səfəriniz bizim üçün böyük mənəvi dayaq oldu.

Sərəncamınıza əsasən təmir olunan evlərdən biri də mənimki idi. Artıq ailəm daha şəraitli və təhlükəsiz evdə yaşayır.

Xalqımıza olan diqqət və qayğınız bütün sahələrdə hiss olunur. Mən də xalqımızın sadə nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan xalqı Sizinlədir, daxili və xarici siyasətinizin dəstəkçisidir. Biz yaxşı başa düşürük ki, verdiyiniz hər bir qərar xalqımızın xeyrinədir.

Bir daha ailəm adından minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun”.

Vəsilə Kərimova və Mətanət Quliyevadan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu ağır pandemiya günlərində apardığınız uzaqgörən siyasət nəticəsində ölkəmizdə virusun yayılma göstəricisi digər MDB və Avropa ölkələri ilə müqayisədə xeyli az olmuşdur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələr virusla mübarizə sahəsində Azərbaycanın təcrübənizi dəstəkləyirlər.

Biz xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən, ölkəsini və xalqını sevən rəhbərimiz var. Xalqın sağlamlığı, sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyünüz işlərə görə Sizə Ağcabədi rayonunun təhsil işçiləri adından minnətdarlığımızı bildiririk”.

Şəhriyar Həsənovdan, Quba, Azərbaycan

“Əziz Prezidentimiz.

Yaşadığımız Cici kəndində toxunan xalçalar bütün dünyada məşhurdur. Bu gün də kəndimizin qadınları bu qədim el sənətini yaşadırlar. Kəndimiz son illər çox inkişaf edib, yeni məktəb tikilib, evlərə qaz xətti çəkilib, yollarımız əsaslı təmir olunub.

Bir ziyalı, bir ağsaqqal kimi belə çətin günlərdə rayonumuzda abadlıq işlərinin davam etdirilməsindən qürurlanıram. İmkansız ailələr üçün tikilən evlər, Quba-Qonaqkənd yolunun asfaltlanması qubalıların sevincinə səbəb olub.

Bütün dünyanın koronovirusla mübarizə apardığı bir vaxtda rayonumuzda bu işlərin həyata keçirilməsi Sizin qətiyyətinizin, xalq üçün çalışmağınızın bariz göstəricisidir”.

Necdət Ünüvardan, Ankara, Türkiyə

“Hörmətli Prezidentim.

Yüksək təqdirlərinizlə Azərbaycanın “Dostluq” ordeni ilə şərəflənməyim, bu ordenə layiq görülməyim həm mənim, həm də ailəm üçün böyük bir şərəfdir.Zati-alilərinizə bu böyük qiymətə görə təşəkkür edir və minnətdarlığımı bildirirəm.

Mənə göstərdiyiniz bu böyük şərəflə indiyə qədər olduğu kimi, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və dostluğun inkişafına və güclənməsinə töhfə verməyə davam edəcəyimi bilməyinizi istəyirəm.

Bununla bütün gücüm və səmimiyyətimlə etimad və güvəninizə layiq olmağa çalışacağam.

Bir daha ən səmimi təşəkkürlərimi çatdırır, ali şəxsiyyətinizin timsalında Zati-alilərinizə minnətdarlığımı və ehtiramımı bildirirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər