“Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum oldu

15:03 - 31 / 08 / 2020
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum oldu

İsveçrənin Nyon şəhərində 2020-2021-ci il UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, püşkatmaya əsasən, Azərbaycan çempionu "Qarabağ"ın rəqibi Norveçin "Molde" klubu olub.

Bir görüşdən ibarət olan mərhələdə "Qarabağ" matçını doğma meydanda keçirəcək.

Üçüncü təsnifat mərhələsinin matçları sentyabrın 15-16-da keçiriləcək.

1news.az

Paylaş:
978

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər