Azərbaycanda “General Motors” avtomobilləri yığılacaq - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda “General Motors” avtomobilləri yığılacaq - FOTO

15:21 - 03 / 09 / 2020
Azərbaycanda “General Motors” avtomobilləri yığılacaq - FOTO

Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

B.Aşrafxanov sözlərinə görə, zavodda "General Motors"" şirkəti ilə birlikdə avtomobillərin istehsalı planlaşdırır. Səfir, həmçinin Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirib.

Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan B. Aşrafxanov bununla bağlı regionlara səfər etdiyini qeyd edib. O, Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.

Xatırladaq ki, ötən ilin fevral ayında Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub. Zavodda "QAZ" markalı yüngül tonnajlı yük maşınları yığılır.

1news.az

Paylaş:
1287

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər