ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır | 1news.az | Xəbərlər
Dünya

ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

17:54 - 11 / 09 / 2020
ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Baş direktor bildirib: "Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan təxminən 35-i insanlarda sınaqdan keçirilir".

Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar olmayıb.

T.A.Qebreyesus əlavə edib ki, bu "son illərdə elm və texnologiyada inanılmaz irəliləyişi" nümayiş etdirir.

1news.az 

Paylaş:
871

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər