Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO

17:49 - 15 / 09 / 2020
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO

İngiltərənin "Kim milyonçu olmaq istəyir?" şousunda seçimlərə baxmadan sualları cavablandıran 47 yaşlı tarix müəllimi Donald Fear 14 illik fasilədən sonra 1 milyon funt məbləğində böyük mükafat qazanıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Donaldın qardaşı keçən il eyni yarışmada yalnız son suala səhv cavab verib və 500 min funt qazanıb.

Donald Fear 15 sualdan 13-nün cavabını variantlara baxmadan cavablayıb. Onun yarışmanı 20 dəqiqə ərzində başa vurması proqram tarixində bir rekord olub.

Qeyd edək ki, o, 3 kömək haqqından da istifadə etməyib. Donald mükafatın yüzdə 70-ni ailə üzvlərinə verəcəyini, qalanı ilə isə rahat bir təqaüd dövrü keçirəcəyini bildirib.

1news.az

Paylaş:
872

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər