Gürcüstanın Dünya Bankı reytinqində yeni uğuru | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstanın Dünya Bankı reytinqində yeni uğuru

15:02 - 21 / 09 / 2020
Gürcüstanın Dünya Bankı reytinqində yeni uğuru

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və eyni zamanda Gürcüstanın ən böyük investorlarından biridir. Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatında qeyd olunur.

Məlumatda bildirilir ki, Gürcüstan əlverişli coğrafi mövqeyə, sərbəst investisiya mühitinə, sistemli islahatlara, sadələşdirilmiş vergi sisteminə və gömrük idarəsinə malikdir.

Gürcüstan insan hüquqları, şəffaflıq, korrupsiya, effektiv idarəetmə və makroiqtisadi sabitlik kimi sahələrdə ciddi irəliləyiş əldə etmişdir. Siyasi plüralizm də əhəmiyyətli dərəcədə artmışdır. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti korrupsiyadan azaddır və bütün diqqətini biznesə yönəldir.

Bunu Dünya Bankı tərəfindən nəşr olunan müəssisələrin  araşdırılması  sübut edir və  Gürcüstan rüşvət  almaq hallarının azlığına və rüşvətxorluğun təyziqindən  azad olma  faktlarına  görə dünyada ilk onluğa daxil olunmuşdur.

Müəssisələrin araşdırılması Dünya Bankı tərəfindən,  Dünya Bankı Qrup Tərəfdaşları (EBRD, EIB, DFID) ilə birlikdə,  hər 4 ildən bir aparılır. Tədqiqatın məqsədi özəl sektorun və nəticədə bütövlükdə iqtisadiyyatın böyüməsində və inkişafında böyük rol oynayan ölkələrin biznes mühitini qiymətləndirməkdir. Tədqiqat dünyanın bütün coğrafi bölgələrini və yüz minlərlə kiçik, orta və iri özəl şirkətləri əhatə edir. Sorğu son dəfə Gürcüstanda 2019-cu ilin martından 2020-ci ilin yanvarına qədər aparıldı. Bu müddət ərzində Gürcüstanda 581 şirkət nümayəndəsi ilə müsahibə aparıldı.

Korrupsiyadan azad  olmaq hallarına dair sorğuya görə, Gürcüstan dünya miqyasında ən yaxşı reytinqə layiq görüldü. Xüsusilə, rüşvət hadisələrinin sayının az olması səbəbindən Gürcüstan 144 ölkə arasında ən yaxşı 10 ölkə arasında yer alır. Rüşvət təzyiqindən azad olmaq baxımından, Gürcüstan  ilk 10 ölkə arasında yer aldı.

Qeyd etmək lazımdır ki, sorğuya görə Gürcüstanda praktikada ən azı bir dəfə rüşvət tələbi hadisəsi ilə üzləşən  özəl sektorun sayı, sorğu edilən şirkətlərin yalnız 1,3% -ni təşkil edir. Bu göstərici Avropa və Orta Asiya ölkələrində 10 %, orta gəlirli ölkələrdə isə -12% təşkil edir.

Ümumiyyətlə, rüşvət tələblərinin / təkliflərinin (tikinti icazələri, dövlət müqavilələri və vergi işçiləri ilə görüşlər) ən çox aşkar ediləcəyi dövlət qurumlarını göstəricisi  ən yaxşı  səviyyədədir. Gürcüstanda özəl şirkətlərdən hədiyyələr / qeyri-rəsmi ödənişlər tələbi hallarının  sayı cəmi 1-1.4% -dir, halbuki bu rəqəm Avropa və Orta Asiya ölkələrində  -15% -ə,  orta səviyyədən yuxarı gəlirləri olan ölkələrdə -10% -19% -ə çatır.

Eyni zamanda, Fitch reytinqinə görə,  artıq ikinci ildir ki, Gürcüstan yeni tarixi bir maksimum səviyyəsindədir və kredit reytinqi səviyyəsi "BB" dir.  Qeyd etmək lazımdır  ki, son qiymətləndirmələrə görə, Gürcüstan bu il  Fitch və S&P tərəfindən orta gəlirli ölkələrin iyirmiliyinə daxil edildi.

Gürcüstanda bir biznesə  başlamaq və məşğul olmaq  üçün sadələşdirilmiş qaydalar, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən illik “Doing Business” reytinqi tərəfindən təsdiqlənir və buna görə 2020-ci ildə Gürcüstan, bizneslə asan şəkildə   məşğul olmaq   sıralamasında,  189 ölkə arasında 7-ci yeri tutur.

Məhz sistemli islahatların uğurlu və effektiv həyata keçirilməsi Gürcüstanın nüfuzlu beynəlxalq reytinqlərdəki mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb oldu.

Gürcüstanın iqtisadi siyasəti   - azad, ədalətli, əhatəli və davamlı inkişafa yönəldilib və nəticədə: səmərəli dövlət xidməti; bazarda açıq və ədalətli rəqabət; mülkiyyət və intellektual hüquqların qorunması; azad  məhkəmə sisteminin əlçatan olmasıdır.

Gürcüstanın əsas prioriteti ticarətin daha da liberallaşdırılması və dünyanın aparıcı bazarlarına daha dərin inteqrasiyadır. Gürcüstanı  İngiltərə ilə,  Türkiyə Cümhuriyyəti ilə,  MDB üzvü olan ölkələrlə, Avropa Sərbəst Ticarət Birliyi (EFTA) ilə, Çin Xalq Respublikası ilə  Sərbəst Ticarət Sazişə,  həmçinin,  Avropa Birliyi ilə Dərin və Hərtərəfli Sərbəst ticarət sahəsi haqqında (DCFTA) sazişə malikdir, bütün bunlar  isə 2,3 milyard müştəri bazarını əhatə edir.

Gürcüstanın əldə etdiyi  irəliləyiş və mühüm beynəlxalq maliyyə qurumlarının reytinqlərindəki mövqeyi, xarici investisiyalar üçün  və ilk növbədə strateji tərəfdaş ölkə - Azərbaycan üçün Gürcüstanı xüsusilə cəlbedici ölkə edir.

S.Xankişiyeva

 

Paylaş:
869

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər