Baş Nazir ukraynalı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Baş Nazir ukraynalı həmkarına başsağlığı verib

16:13 - 26 / 09 / 2020
Baş Nazir ukraynalı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

1news.az-Nazirlər Kabinetinə istinadən xəbər verir ki, məktubda deyilir:

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

S.Xankişiyeva

 

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər