Azərbaycan QHT-ləri BMT-nin Təhlükəsizlik Şurasına, ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb
Azərbaycanın qeyri-hökumət təşkilatları BMT-nin Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, ABŞ Prezidenti Donald Trampa, Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb.
1news.az-ın verdiyi xəbərə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında "İctimai Liderlər Platforması"nın müraciətində qeyd olunur:
“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınmışdır. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır, vətandaşların mülkiyyətinə ciddi ziyan dəymişdir.
Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.
Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.
Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.
Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilatları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.
Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız".
Azərbaycanın "İctimai Liderlər Platforması"nın üzvləri:
Rauf Zeyni |
Milli Qeyri-Hökumət Təşkilatları Forumu |
Sabit Bağırov |
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu |
Umud Mirzəyev |
Beynəlxalq Avrasiya Mətbuat Fondu |
Əliməmməd Nuriyev |
Konstitusiya Araşdırmalar Fondu |
Sahib Məmmədov |
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası |
NovelaCəfərova |
D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti |
Səadət Bənənyarlı |
"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi |
Səltənət Qocamanlı |
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi |
Qorxmaz İbrahimli |
Biosfer İctimai Birliyi |
Əvəz Həsənov |
Humanitar Tədqiqatlar İctimai Birliyi |
Əziz Ələkbərov |
Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi |
İsrayıl İsgəndərov |
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi |
Vüqar Bayramov |
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi |
Çingiz Qənizadə |
Demokratiya və İnsan Hüquqlari Komitəsi |
Məhərrəm Zülfüqarlı |
İctimai Problemlərin Tədqiqi Assosiasiyası |
Kamil Səlimov |
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi |
Fuad Məmmədov |
"Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası” |
Eyyub Hüseynov |
"Azad İstehlakçılar" İctimai Birliyi |
Tənzilə Rüstəmxanlı |
Azəri Türk Qadinlar Birliyi |
Mirvari Qəhrəmanova |
Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi |
Şəmistan Əlizamanlı |
"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi |
Akif Nağı |
Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi |
Osman Gündüz |
Multimediya Sistemləri İctimai Birliyi |
Mayis Əliyev |
Sosial Hüquqların Araşdırılması |
İradə Rizazadə |
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi |
Bahar Qasımova |
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi |
Məlahət İbrahimqızı |
"Lider Qadınlar" İctimai Birliyi |
Fizüli Rzaquliyev |
Vətən Müharibəsi Veteranları İctimai Birliyi |
Mehdi Mehdiyev |
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi |
Mehriban Zeynalova |
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi |
Əhməd Abbasbəyli |
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi |
Nəsiman Yaqublu |
Tarix və Mətbuat Araşdırmalarına Dəstək |
Şahin Rəcəbov |
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi |
Aydın Əbilov |
"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi |
Fikrət Yusifov |
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi |
Elçin Hüseynov |
"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi |
Aydın Kərimov |
Müstəqil Hüquq Mərkəzi |
Əhməd Qəşəmoğlu |
Tərəqqi və Demokratiya İctimai Birliy |
Hafiz Həsənov |
Hüquq və İnkişaf İctimai Birliyi |
Mirəli Hüseynov |
Demokratiyanı Öyrənmə İctimai Birliyi |
Şəmsəddin Əliyev |
Polisə Dəstək İctimai Birliyi |
Asif Əsgərli |
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı |
Emin Həsənli |
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi |
İlqar Orucov |
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi |
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
S.Xankişiyeva