Ermənistan daha 28 hərbçisinin öldüyünü elan etdi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan daha 28 hərbçisinin öldüyünü elan etdi

15:46 - 28 / 09 / 2020
Ermənistan daha 28 hərbçisinin öldüyünü elan etdi

Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan edib.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-ləri bildirir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qaldığını bildirib. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 "OSA" zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.

1news.az 

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər