Milli Məclisin Sədri ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağla bağlı son vəziyyəti müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin Sədri ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağla bağlı son vəziyyəti müzakirə ediblər

16:39 - 29 / 09 / 2020
Milli Məclisin Sədri ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağla bağlı son vəziyyəti müzakirə ediblər

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentdən verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib. Milli Məclisin sədri bildirib ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca hərbi təxribatlar törətməyə başlayıb.

Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan, minaatan və artilleriya qurğularından istifadə edərək dinc yaşayış məskənlərini və mülki əhalini hədəfə alır. Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, bu Ermənistan tərəfinin hərbi aqressiyası və Azərbaycana qarşı güc tətbiq etməsi olaraq qiymətləndirilir.

Milli Məclisin spikeri vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı dəfələrlə beynəlxalq birliyin diqqətinə çatdırılıb.

1news.az

Paylaş:
242

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər