Hikmət Hacıyev: Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər cəfəngiyyatdır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər cəfəngiyyatdır

19:48 - 29 / 09 / 2020
Hikmət Hacıyev: Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər cəfəngiyyatdır

“Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər tamamilə yalandır, cəfəngiyyatdır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə,bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır: “Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, bu gün Ermənistan KİV Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbər yayıb. Xəbəri Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qətiyyətlə təkzib ediblər.

Mövzu ilə əlaqədar oxuyun:

MN: Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır

Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumat yalandır

S.Xankişiyeva

 

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər