Paşinyan Qarabağdakı vəziyyətə görə yenə Putinə zəng etdi | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan Qarabağdakı vəziyyətə görə yenə Putinə zəng etdi

21:53 - 29 / 09 / 2020
Paşinyan Qarabağdakı vəziyyətə görə yenə Putinə zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

RBK-nın Kreml-ə istinadla yaydığı məlumata görə, telefon danışığı Yerevanın təşəbbüsü ilə baş tutub.

Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.

“Putin hərbi əməliyyatlardan ciddi narahatlığını ifadə edib və atəşin dayandırmasının vacibliyini vurğulayıb” – Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Paşinyan dünən də Putinə zəng etmişdi.

S.Xankişiyeva

 

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər