Məzahir Əfəndiyev: Zəfərə doğru! | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Zəfərə doğru!

18:07 - 01 / 10 / 2020
Məzahir Əfəndiyev: Zəfərə doğru!

Bu gün Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzindədir. Hər gün intensiv xarakter alan hərbi əməliyyatlar bölgəni əsl döyüş meydanına çevirib.

Böyük siyasi iradə və gücə malik Şanlı Ordumuzun bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq Ermənistanın qanunsuz hərbi birləşmələrinin ağır itkilərə məruz qaldığı artıq heç kəsə sirr deyil. Belə ki, son məlumatlara əsasən erməni tərəfi sayı minlərlə hesablanan canlı qüvvə, müxtəlif təyinatlı hərbi texnika itirdi. Azərbaycanın belə ağır və sarsıdıcı zərbə ilə cavab verəcəyini təsəvvürünə belə gətirməyən Paşinyanın həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransanın dəstəyinə olan ümidləri də özünü doğrultmadı.  Onun hər zaman ənənəvi olaraq  vərdiş etdiyi cəzasızlıq modeli bu dəfə köməyinə çatmadı. Möhtərəm Prezidentimizin “Ermənistanın Azərbaycana qarşı istənilən hərbi təxribatının qarşısı sərt şəkildə alınacaq” sözlərindən ilhamlanan Ordumuz sözün əsl mənasında erməniləri bütün cəbhə boyu cəzalandırmaqda davam edir.

Bu gün dəyişən dünyamızın ən güclü istedadı belə yalanı həqiqətə çevirə bilməz. Ona görə də hərbi-psixoloji cəhətdən məğlub duruma düşən və əli hər yerdən üzülən Paşinyan hakimiyyətinin gücü yalnız hay-küy salmağa və özünün ənənəvi himayədarlarına yalvararaq şikayət etməyə çatır. Hər zaman atəşkəsi pozaraq sərhədlərimiz boyu təxribatlar törətməkdən qorxmayan ermənilər son günlər artıq  məsələnin hərbi yolla həllinin olmamasının  və bəlkə də qaytardılar xülyası fonunda  hətta sülh danışıqlarının bərpasının vacibliyini qabartmaq məcburiyyətində qalıblar.

Ancaq artıq çox gecdir. Çünki Azərbaycan xalqının Vətən uğrunda müqəddəs savaşı yarımçıq saxlamaq niyyəti yoxdur. Əksinə ölkəmiz hərbi əməliyyatları ərazi bütövlüyümüz tam bərpa olunana qədər davam etdirməkdə israrlıdır. Hərbi və siyasi meydanda fiaskoya uğrayan Paşinyan hakimiyyətindən fərqli olaraq Azərbaycan cəmiyyətində Ermənistan Azərbaycan arasındakı münaqişənin sülh danışıqları yolu ilə nizamlanmasına inanan çox az adam tapılar. Buna görə də münaqişənin yeganə həlli  yalnız BMT TŞ-nın bu istiqamətdə qəbul etdiyi  dörd qətnaməsində nəzərdə tutulan –  bütün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi qeyd-şərtsiz tərk etdiyi zaman mümkündür.

Hərbi əməliyyatlar Ali Baş Komandanın milli maraqlara söykənən çıxışında haqlı və çox böyük qətiyyətlə qoyduğu “Ermənistan bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır” şərtinə əməl etdikdən sonra dayandırıla bilər.

Azərbaycan xalqının artıq bu problemdən bezdiyini, habelə Vətəninin maraqlarını hər şeydən üstün tutduqlarını ifadə edərək Ali Baş Komandanın qismən səfərbərlik çağırışına həvəslə səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti binasının qarşısında Vətən uğrunda ölməyə hazır olduqlarını bildirirlər və nizamlı ordu sıralarına qoşulurlar. Bütün Azərbaycanda ruh yüksəkliyi zəfərə doğrudur və təkcə millət vəkili kimi təmsil etdiyim Göyçay və Ağdaş rayonlarında yüzlərlə igid övladlarımız hər gün ordu sıralarına qoşulmaq üçün sıraya düzülürlər. Bu bir daha Azərbaycan gəncliyinin, Can Azərbaycanın ləyaqətli və vətənsevər igidlərinin müqəddəs Azərbaycan bayrağının Qarabağın bütün bölgələrində daima dalğalanmasını görmək istəyidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
741

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər