Sevinc Fətəliyeva: Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur

18:04 - 02 / 10 / 2020
Sevinc Fətəliyeva: Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur

“İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır.

30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməməsinin, Ermənistanın təcavüzkar siyasətinə son qoyulmamasının əsas səbəblərindən biri vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tutduğu mövqedir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Sevinc Fətəliyeva bildirib ki, həmsədrlər fəaliyyəti dövründə heç zaman işğalçı Ermənistana təziq göstərməyib, əksinə tərəflər arasında bərabərlik yaradıb və ümumiləşmiş bəyanatlar səsləndirib. Azərbaycanın çağırışlarına baxmayaraq, həmsədrlər erməni tərəfinin təxribatlarına, beynəlxalq cinayətlərinə münasibət bildirməyib. Onun sözlərinə görə, belə bir halda Fransa Prezidenti Emanuel Makronun cəbhədə hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu həmsədr  ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır:

“ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz, Fransa prezidenti isə bu gün məhz bu yolu tutub. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də, Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır”.

Deputat söyləyib ki, Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləmək qəbulolunmazdır: “Əgər Azərbaycan Breton, Korsika və Basklar ölkəsindəki separatçıları dəstəkləsəydi, buna Fransanın və onun prezidentinin münasibəti necə olardı? Separatçılara münasibət bütün dünyada eyni cür olmalıdır. Digər tərəfdən, Makron iddia edir ki, guya Suriyadan gətirilən terrorçular Azərbaycan tərəfindən döyüşür. Əvvəla, bu tamamilə dezinformasiyadır. Digər tərəfdən, Fransa Suriya hakimiyyətinə qarşı döyüşənləri demokratik qüvvələr adlandırırdı. İndi isə həmin döyüşçüləri terrorçu hesab edir. Bu ikili standarlardır. Yəni Fransa bu məsələyə öz maraqlarına uyğun yanaşır. Məhz bu cür ikili standartlar vəziyyəti bu həddə gətirib çıxardı”.  

Millət vəkili xatırladıb ki, tarixən Fransa müstəmləkəçi siyasət həyata keçirərək bir sıra qətliamlar, soyqırımlar törədib. Ötən əsrdə Əlcəzair xalqının başına gətirilən faciətləri xatırlatmaq yerinə düşər. Bu dövlətin müasir dövrdə Liviyada yürütdüyü siyasət də hər kəsə məlumdur.

S.Fətəliyavın fikrincə, E.Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlərlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur. Azərbaycanın daim Fransa ilə dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən deputat ölkəmizdə  fransızdilli orta və ali məktəbin fəaliyyət göstərdiyini, Fransa şirkətlərinin Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olduğunu qeyd edib: “Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk səfərini məhz Fransaya etmişdi, Prezident İlham Əliyev də 2003-də dövlət başçısı kimi ilk səfərinin Fransaya edib. Bundan əlavə, Azərbaycan Fransadakı tarixi abidələrin bərpası və yenidənqurulması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir”.

S.Xankişiyeva

Paylaş:
344

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər