Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib – FOTO
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.
Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.
Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.
S.Xankişiyeva
280