Hikmət Hacıyev: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir

17:43 - 03 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir

Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, Ermənistan bir daha hansısa bir dəyərdən, sivil davranışlardan uzaq olduğunu nümayiş etdirir:

"Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirir. Amma Azərbaycan Respublikası özünün yüksək dəyərini, yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli, sülhə məcbur etmə əməliyyatı davam etdirilir. Burada da məqsəd Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin təmin edilməsidir. Ermənistan tərəfi son dövrlər raket texnologiyalarından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikası da legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".

1news.az

Paylaş:
217

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər