Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib – FOTO

21:42 - 03 / 10 / 2020
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib – FOTO

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

S.Xankişiyeva

 

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər