İlham Əliyev “Dağlıq Qarabağda suriyalı döyüşçülərlə” bağlı sözlərinə görə Makrondan üzr tələb edir
Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makronun guya Dağlıq Qarabağda döyüş əməliyyatları aparmaq üçün suriyalı döyüşçülərin Bakıya köçürülməsi ilə bağlı sözlərinə görə Fransanın üzr istəməsini tələb edən bəyanatla çıxış edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə RİA Novosti məlumat yayıb.
Makron daha əvvəl 300 suriyalı yaraqlının Türkiyənin Qaziantep şəhəridən Bakıya çatdırıldığını bildirmişdi.
“Muzdlular yoxdur, 100 min döyüşçü olan ordumuz var. Mən Fransadan üzr istəməsini və məsuliyyət göstərməsini tələb edirəm” – deyə İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bildirib.
S.Xankişiyeva
268