Ali Baş Komandan: Qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!
“Şuşada qondarma rejimin başçısı özünə dırnaqarası andiçmə mərasimi keçirmişdi. Baxım görüm indi andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib:
“Ermənistan baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir. Hesab edir ki, biz bununla barışacağıq?! Qondarma Qarabağ respublikasının parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?!”
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir – CANLI
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib: Cəbrayıl bizimdir!
“Cəbrayılın 9 kəndi işğaldan azad olunub” – Ali Baş Komandan
S.Xankişiyeva