Hikmət Hacıyev: Ermənistandan hər cür təxribatlar gözləyirik | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistandan hər cür təxribatlar gözləyirik

17:14 - 05 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistandan hər cür təxribatlar gözləyirik

“Biz Ermənistandan hər cür təxribatlar gözləyirik”.

1news.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq aviareyslərlər bağlı xəbərdarlıq edilib: "Bununla bağlı AZAL artıq hava yolları tərəfdaşlarına məlumat verib. Tərəfdaşlığa xəbərdarlıq edilib ki, Azərbaycan hava yollarından istifadə edərkən müəyyən təhlükəsizlik təlimatlarına əməl etsinlər.

Azərbaycanın hava məkanından beynəlxalq şirkətlər geniş istifadə edir. Ermənistan isə hava yollarımıza qarşı təxribatlar törədə bilər. Artıq biz onlardan hərcür təxribatı gözləyirik. Ona görə də həmin tərəfdaşlara məlumatlar vermişik".

1news.az

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər