Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir” | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir”

14:58 - 06 / 10 / 2020
Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir”

“Ötən həftədən başlayaraq Ermənistan ərazisindən Daşkəsən, Şəmkir əraziləri atəşə tutulmağa başladı”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

C.Bayramovun sözlərinə görə, məqsəd odur ki, Azərbaycan cavab tədbirləri həyata keçirsin və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsin, üçüncü tərəfləri bu konfliktə cəlb etsin:

“Ötən həftənin şənbə günündən başlayaraq isə Ermənistan Azərbaycanın 100-200 km uzaqlıqdakı böyük şəhərlərini - Gəncəni, Mingəçeviri hədəfə aldı. Hərbi əməliyyatların aparılması özü-özlüyündə xoşagəlməz ssenaridir. Lakin hərbi əməliyyatlarının aparılmasın özünün də bəlli qaydaları var. Ermənistan üçün isə heç bir qırmızı xətt yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və tarixi həqiqətə söykənir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində yaşayan dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Azərbaycan sülhsevər dövlətdir”.

1news.az

Paylaş:
405

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər