Qırğızıstan MSK parlament seçkilərinin nəticələrini ləğv etdi | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstan MSK parlament seçkilərinin nəticələrini ləğv etdi

16:01 - 06 / 10 / 2020
Qırğızıstan MSK parlament seçkilərinin nəticələrini ləğv etdi

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrini etibarsız hesab edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Komissiya üzvü Gulnara Curabayeva bildirib.

Onun sözlərinə görə, MSK-nın iclasında 12 səslə seçkilərin nəticələrinin ləğv olunması qəbul edilib.

Yaxın zamanlarda növbəti seçki tarixinin açıqlanması gözlənilir.

1news.az

Paylaş:
640

Son xəbərlər

Sabahın havası açıqlandı

19 / 08 / 2025, 12:43
Bütün xəbərlər