Konstitusiya Məhkəməsi dünyanın Konstitusiya məhkəmələrinə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Konstitusiya Məhkəməsi dünyanın Konstitusiya məhkəmələrinə müraciət edib

18:42 - 06 / 10 / 2020
Konstitusiya Məhkəməsi dünyanın Konstitusiya məhkəmələrinə müraciət edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, bəyanatda son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Qeyd edilib ki, bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olub. Bu hərəkətlər təcavüzkar Ermənistan hakimiyyətinin 1988-ci ildə başlayan, Azərbaycan ərazisinin işğal edilməsinə yönələn və azərbaycanlıların etnik təmizləməsi ilə müşayiət olunan siyasətinin davamıdır.

Bəyanatda, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması, bu işğal nəticəsində bir çox şəhər və kəndlərin tamamilə dağıdılması, yerli əhalinin isə etnik təmizləməyə məruz qalması diqqətə çatdırılıb. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yaşayış yerlərindən məcburi çıxarılıb. Təkcə Xocalıda baş verən və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi naməlumdur.

Konstitusiya məhkəmələrinin diqqətinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.

Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı 2015-ci il 16 iyun tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib.

Bəyanatda, həmçinin vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub.

Xüsusilə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunur.

Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib.

S.Xankişiyeva

 

Paylaş:
560

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər