Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi | 1news.az | Xəbərlər
Dünya

Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi

09:46 - 06 / 10 / 2020
Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi

Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekin meriya binasını və hökumət binasını ələ keçiriblər.

1news.az xəbər verir ki, bu barədə "TASS"a Nazirlər Kabineti Aparatının əməkdaşı bildirib. "Mitinqçilərdən ibarət onlarla insan Hökumət Evinin binasını ələ keçiriblər və heç kəsi oraya buraxmırlar", - o deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, səhər saatlarında aparat əməkdaşları işə gəlsələr də, binanı tutan şəxslər onları iş yerlərinə buraxmaqdan imtina ediblər.

Qeyd edək ki, Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb. Etiraz aksiyası keçirən insanlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib.

1news.az

Paylaş:
691

Son xəbərlər

Sabahın havası açıqlandı

19 / 08 / 2025, 12:43
Bütün xəbərlər