Ermənistan XİN Qarabağa gedən rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan XİN Qarabağa gedən rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

17:21 - 08 / 10 / 2020
Ermənistan XİN Qarabağa gedən rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.

1news.az xəbər verir ki, bu barədə İlya Azar özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və “Novaya qazeta”da yayımlanan “Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.

İ. Azar qeyd edib ki, reportaj “ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.

2011-ci ildən Azərbaycanda “arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib.

Reportajla aşağıdakı linkdən tanış olmaq olar: 

https://novayagazeta.ru/articles/2020/10/07/87416-voyna-u-yuzhnyh-vorot

1news.az

Paylaş:
469

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər