Prezident: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm

19:32 - 09 / 10 / 2020
Prezident: Azərbaycan xalqı mənə inanır, mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm

Biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik. Ona görə bu gün də bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı.

Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.

Münaqişənin həlli yollarına da toxunan dövlətimizin başçısı deyib:

“Azərbaycan xalqı da bunu dəfələrlə eşidib vasitəçilərdən, demək olar ki, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, mən bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən. Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Aqressoru məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrin yerinə yetirsin?

Yox. Bəs necə həll olunur bu məslə indi? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı aqresora biz lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik qaçardımı indi Moskvaya danışıqlar aparmaq üçün? Oturacaqdı, özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar siçan kimi ağzına su alıb susurlar. Bəs hanı sənin hikkən? Hanı sənin təkəbbürün? Hanı sənin “qəhrəmanlığın”? “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir”.

S.Xankişiyeva

 

 

Paylaş:
375

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər