Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı

22:27 - 09 / 10 / 2020
Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı

ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada dırnaqarası fəaliyyət göstərir.

Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində Minsk qrupunun vasitəçilik missiyası barədə danışarkən səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan üç ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, üç ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. “Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
535

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər