Pakistan XİN: Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək | 1news.az | Xəbərlər
Siyasət

Pakistan XİN: Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək

22:04 - 10 / 10 / 2020
Pakistan XİN: Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək

Bu yaxınlarda, Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət hadisədir. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcəkdir.

Trend-in məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən verilən açıqlamada deyilir.

"Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün bərqarar olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək", - açıqlamada bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər