Türkiyə XİN Gəncənin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə XİN Gəncənin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb

15:32 - 11 / 10 / 2020
Türkiyə XİN Gəncənin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb

Türkiyə Azərbaycanın Gəncə şəhərinin atəşə tutulmasını pisləyir.

1news.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişə zonasından 100 kilometr məsafədə yerləşən Gəncənin atəşə tutulması Ermənistanın döyüş əməliyyatlarının miqyasını genişləndirməyi hədəflədiyini göstərir:

"Gəncənin atəşə tutulması bir daha sübut edir ki, Ermənistan sülh istəmir və atəşkəsin nə olduğu barədə anlayışı yoxdur. Bu fakt Ermənistanın işğalçı siyasətinin bariz nümunəsidir".

Nazirlik vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın əməllərini dərhal dayandırmalıdır:

"Türkiyə bir daha Azərbaycana dəstəyini bəyan edir".

Qafar Ağayev

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər