Kamaləddin Qafarov: Erməni rəhbərliyinə son xatırlatma: “Külək əkən-fırtına biçər!” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: Erməni rəhbərliyinə son xatırlatma: “Külək əkən-fırtına biçər!”

09:43 - 12 / 10 / 2020
Kamaləddin Qafarov: Erməni rəhbərliyinə son xatırlatma: “Külək əkən-fırtına biçər!”

“Gəncə, Mingəçevir, Ağdam və digər şəhər və rayonlarda yaşayan dinc əhalinin gecə yarısı  raket atəşinə tutulması  erməni faşizminin vəhşiliyinin və barbarlığının növbətı təzahürüdür”.

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov yap.org.az saytına müsahibəsində bildirmişdir.

Millət vəkili demişdir ki, ermənilərin bu vəhşiliyi XXI əsrin insanlığa qarşı ən qansız hücumu kimi qiymətləndirilməlidir. Mənfur düşmən humanitar atəşkəs haqqında razılığa belə məhəl qoymadan yenə öz çirkin xislətinə  sadiq qalmış, qocalara, qadınlara və uşaqlara belə rəhm etməmişdir. Erməni cəlladları Xocalı soyqırımını da məhz gecə yarısı törətmişdilər və eyni ssenari  bu gecə də təkrarlanmışdır.

Gəncədə yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olmuş, 6-sı  azyaşlı uşaq olmaqla 34 nəfərdən çox insan müxtəlif dərəcədə yaralanmışdır. Hələ dağıntılar altında axtarışlar aparıldığı üçün ölən və yaralananların sayının artacağı istisna deyil.

K.Qafarov bildirmişdir ki, atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması, məsuliyyətsizliyin və vəhşiliyin daha bir hiddətləndirici nümunəsidir. Bir daha sübut edildi ki,  Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları  riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyildir.

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin, əhalinin qəsdən atəşə tutulması  göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək iqtidarında deyildir və ya bunu  istəmir.

Millət vəkili qeyd etmişdir ki, Ermənistan dinc sakinləri hədəf alır. Onlar gözləyirlər ki, bunun qarşılığında  Azərbaycan da mülki şəxslərin yaşadığı yerlərə hücum etsin. Ancaq Azərbaycan beynəlxalq hüquqa hörmət edərək bu addımı atmır. Ermənistanın məqsədi başqa ölkələri də müharibəyə cəlb etmək və bölgədə gərginlik yaratmaqdır. Artıq təkcə Azərbaycan deyil, bütün tərəqqipərvər ictimaiyyət də bu fikrdədir ki, Ermənistanın barbarlığına “dur” deyilməlidir və  dünya bu vəhşiliyə qarşı öz etiraz səsini ucaltmalıdır.

Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki,  uşağa, qocaya, qadına, bir sözlə, yatan insanların  üstünə raket atsın.

K.Qafarov bildirmişdir ki,  Gəncə qətliamı bir daha göstərdi ki, erməni faşizmi ilə ancaq onun anladığı, başa düşdüyü dildə- hərb dilində danışılmalı, işğal olunmuş torpaqlarımız azad edilənə qədər onlarla məhz tərzdə bu  davranılmalıdır. Məşhur bir məsəldə deyildiyi kimi: “Külək əkən- fırtına biçər!”

1news.az

Paylaş:
813

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər