Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları və parlament üzvləri Azərbaycana dəstək bəyanatları yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları və parlament üzvləri Azərbaycana dəstək bəyanatları yayıblar

18:53 - 13 / 10 / 2020
Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları və parlament üzvləri Azərbaycana dəstək bəyanatları yayıblar

Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları, parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumatda bildirilir ki, bu günlərdə dünyanın bir sıra ölkələrinin parlamentlərində təmsil olunan siyasi partiyalar, parlament üzvləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı bəyanatlarla çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP), İyi Partiyası (İP), İtaliyanın “5 ulduz Hərəkatı” partiyasından senatorlar Vito Petroçelli, Canluka Ferra, İtaliyanın “Liqa” partiyasından senator Stefano Lucidi və deputat Rossana Boldi, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, senator Maria Rizzotti, “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Marino Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Hollandiyanın DENK partiyasının sədri Tunahan Kuzu, Bosniya və Herseqovinanın Demokratik Hərəkat Partiyasının sədri Bakir İzetbekoviç və sədr müavini Şefik Djaferoviç, İsrailin “Yisrael Beiteinu” partiyasının sədri Aviqdor Liberman, Almaniya Bundestaqının Solçular fraksiyasının üzvü Helin Evrim Sommer, Almaniya Bundestaqının hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları Nikolas Löbel, Eberhard Qinqer, Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançuk və deputatlar Vladimir Kreydenko, Lyudmila Marçenko, Hollandiya parlamentinin deputatı Joram van Klavere, Almaniya Bundestaqının deputatı Barbara Hendriks, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sven Sester, İndoneziya parlamentində Milli Oyanış Partiyası fraksiyasının nümayəndəsi Anqqia Erma Rini, İran parlamentinin Urmiyadan nümayəndəsi Ruhullah Həzrətpur, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən, Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Datuk Rozman Bin Datuk Haji İsli, Kolumbiya Senatının Xarici əlaqələr daimi komissiyası və Kolumbiya-Azərbaycan dostluq qrupu, Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Romans Naudinş, Latviya Seyminin deputatı Aleksandr Kirşteyns, Moldova parlamentinin deputatları Serjiu Sırbu və Dimitru Diacov, Çili Nümayəndələr Palatasının üzvləri, Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı Palataları, Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi, AŞPA-nın vitse-prezidenti Oleksandr Merejko, Avropa Parlamentinin deputatları Sandra Kalniete, Marton Gyöngyösi, Andris Ameriks, Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Məcidi, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycana dəstək bəyanatları yayıblar. Bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.

S.Xankişiyeva

 

Paylaş:
538

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər